22 Oktyabr 2019
21 Oktyabr 2019
Abid Şərifovdan jurnalistin maşının üzərinə çıxmasına REAKSİYA: "Jurnalist yox, lap istəyirsən Allahın bacısı oğlu ol..."
Abid Şərifovdan jurnalistin maşının üzərinə çıxmasınaREAKSİYA: "Jurnalist yox, lap istəyirsən Allahın bacısı oğlu ol..." VİDEO 17:20 2019-07-22

Sosial şəbəkələrdə jurnalistin Baş nazirin keçmiş müavini Abid Şərifovun avtomobilinin üzərinə çıxaraq onun hərəkətinə mane olmasını əks etdirən görüntülər yayılıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Abid Şərifov jurnalistin bu addımının onu şoka saldığını bildirib:

“Mən həyatımda birinci dəfə belə bir adam gördüm ki, biri qapını açır, o biri “kapot”un üzərinə çıxır. Mən həyatımda belə bir şey görməmişdim, sözüm yoxdur. Mən onları tanımıram, tanımaq da istəmirəm. Hər şey görmüşdüm, amma belə şey görməmişdim. Sonrasını Allah saxlasın. Jurnalist yox, lap istəyirsən Allahın bacısı oğlu ol, adamın bir tərbiyəsi olmalıdır. Mən maşında oturmuşam, o maşının üzərinə atlanır. Deyirsən maşının üstüdən düş, düşmürdü.”

Famil Fərhadoğlu