Azərbaycan Prokurorluğunun kollektivi Azərbaycan jurnalistlərini təbrik edib.

Unikal.og xəbər verir ki, bu barədə Baş Prokurorluğun rəsmi "Faceebok" səhifəsində məlumat yayılıb.

Məlumatda bildirilir ki, müasir dövrdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması prosesində, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında mətbuatın rolu danılmazdır:

"Zəngin tarixə malik 144 yaşlı Azərbaycan milli mətbuatı “Əkinçi”nin idealları ilə xalqımızın azadlıq və inkişaf mənbəyinə çevrilərək vətənpərvərlik hislərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində mühüm töhfələr vermişdir.

1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılmışdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin avqustunda senzuranın ləğvi ilə inkişafına ciddi təkan verilmiş Azərbaycan mətbuatının azad sözün, düzgün məlumatın və obyektiv informasiyanın əhaliyə vaxtında çatdırılması sahəsindəki əhəmiyyəti gündən-günə artmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söz və mətbuat azadlığının inkişafına hərtərəfli qayğısının göstəricisidir ki, bu gün ölkəmizdə mindən çox kütləvi informasiya vasitəsi fəaliyyət göstərir. Aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha da geniş təşəkkülünə şərait yaratmış, ölkəmiz artıq qlobal informasiya sisteminə qoşulmuşdur.

Hörmətli jurnalistlər və KİV nümayəndələri Sizi Milli mətbuatın yaranmasının 144-cü ildönümü münasibətilə təbrik edir, şərəfli və məsuliyyətli peşə fəaliyyətinizdə uğurlar arzu edirik. Bayramınız mübarək!".