Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə bir qrup jurnalisti təltif edib.

Təltif olunanlar arasında Unikal.org xəbər portalının əməkdaşı Famil Fərhadoğlu da var. F. Fərhadoğlu Azərbaycan Milli Mətbuatının 144 illiyi münasibəti ilə ictimai təhlükəsizliyin təmin edilməsi, hüquq qaydasının profilaktikası tədbirlərinin təbliğindəki xidmətlərinə görə “Təşəkkürnamə” ilə təltif olunub. “Təşəkkürnamə”ni Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev və idarənin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təqdim edib.