Bərdə rayonunda azyaşlı uşaqlar xəstəxanaya atılıb

Unikal.org  report-a  istinadən xəbər verir ki, axşam saatlarında iki nəfər tərəfindən iki azyaşlı oğlan uşağı Bərdə rayon uşaq xəstəxanasının dəhlizinə atılıb. 

Uşaqlardan biri 9 yaşında, digəri isə altı aylıqdır. Uşaqlar həkim nəzarətinə götürülüb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələki bilinmir.

Faktla bağlı araşdırma aparılır.