25 Avqust 2019
24 Avqust 2019
Avropa Liqasında 46 matç keçiriləcək
Avropa Liqasında 46 matç keçiriləcək İDMAN 00:53 2019-07-23

Bu gün Avropa Liqasında II təsnifat mərhələsi start götürəcək.

Unikal.org xəbər verir ki, üç gün ərzində 46 qarşılaşma keçiriləcək. 

Bu oyunlardan 37-si Əsas yol çərçivəsində baş tutacaq. Digər 9 cütdə isə Çempionlar Liqası ilə vidalaşan komandalar üz-üzə gələcəklər. 

Azərbaycanın iki komandası da meydana çıxacaq. “Neftçi” səfərdə Rusiya “Arsenal”ı, “Qəbələ” evdə Gürcüstan “Dinamo”su ilə görüşəcək.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları avqustun 1-də baş tutacaq.