Xəzər dənizinin Astara rayonu ərazisində bir nəfər batıb. 

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Belə ki, FHN-in "112" qaynar telefon xəttinə Astara rayonunda dənizdə qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub. 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.