22 Avqust 2019
21 Avqust 2019
“Bakı 2015”də iştirak edən boksçu döyüşdən sonra ÖLDÜ
“Bakı 2015”də iştirak edən boksçu döyüşdən sonraÖLDÜ İDMAN 19:41 2019-07-23

Rusiyalı boksçu Maksim Dadaşov vəfat edib.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, buna 28 yaşlı idmançının ABŞ-da Sabriel Matias ilə dueldə aldğı zərbələr səbəb olub.

Dadaşov iyulun 20-də Okson-Hill şəhərində Sabriel Matias ilə döyüşüb. Rusiyalı idmançı görüş ərzində zəif təsir bağışlayıb və son raundlarda ağır zərbələr alıb. 11-ci raundda onun komandası qarşılaşmanı dayandırıb. Dueldən dərhal sonra Dadaşovun halı pisləşib və o, xəstəxanaya yerləşdirilib. Dadaşova beyin ödemi diaqnozu qoyulub. Trepanasiya edildikdən sonra onun kəllə sümüyünün bir hissəsi çıxarılıb. Boksçu daha sonra komada saxlanılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.

Qeyd edək ki, Maksim Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub. Dadaşov həmin yarışda 1/8 finalda məğlub olduqdan sonra peşəkar boks karyerasına başlayıb. O, 14 döyüşünün 13-də qalib gəlib.