Ölkəmizdə narkomanlığın zərəri barədə zəruri metodiki-tədris vəsaitləri hazırlanacaq və internet resurslarında yerləşdiriləcək.

Unikal.org xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı Sərəncamla təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında əksini tapıb. 

Sənədə əsasən, bu tədbirlər Səhiyyə, Daxili İşlər, Təhsil nazirlikləri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən mütəmadi olaraq icra edilməlidir.