İranın şimalında yerləşən Mazandaran vilayətinin Tonekabon rayonunda dizel yanacağı aparan tanker "Pride" markalı avtomobillə toqquşub.

Unikal.org xəbər verir ki, bunu İranın Mazandaran vilayəti Tonekabon Təcili Tibbi Hallar Mərkəzinin direktoru Nima Nejad Müqəddəm deyib.

N.Nejad Müqəddəmin sözlərinə görə, yanacaq tankeri avtomobilin üzərinə aşıb. Nəticədə avtomobilin 4 sərnişini həlak olub.