Şimali Koreya Rusiyaya məxsus balıqçı gəmisini saxlayıb.

Unikal.org xəbər verir ki, hadisə iyulun 17-də dənizdə ov zamanı baş verib.

Belə ki, Koreya sərhəd mühafizəçiləri Rusiyanın “Şimal-şərqi balıqçılıq şirkəti” MMC-yə məxsus “Syanxaylin-8” gəmisini saxlayıb. Gəmidə 17 dənizçi olub. Dənizçilərə gəmidən çıxmağa icazə verilmir.

Gəminin hansı səbəbdən saxlanılması məlum deyil.