Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli 9 otaqlı evin dam örtüyü 100 m² sahədə, 3 otağının yanar konstruksiyaları və əşyaları 50 m² sahədə yanıb.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.