Amerikalı bir turist İslandiyanın qərb hissəsində vertolyotla uçarkən okeanın sahilində 50 balina görüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, sahilə çıxan balinaları görən turist onların video görüntülərini lentə aldıqdan sonra polisə xəbər verib. 

Bu balinaların sahilə necə gəldikləri və nə qədər müddət burada olduqları bilinmir. İslandiyada bir mütəxəssis sürü halında yaşayan bu balinaların bir-birlərini izlyərək bu vəziyyətə gəldiklərini bildirib.

Mütəxəssislər balinaların sahilə çıxmasının normal bir hadisə olduğunu, lakin 50 balinaın çox böyük bir say olduğunu bildiriblər.