Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində ("Koroğlu" m/st. istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org  xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Verilən məlumata görə, bu səbəbdən hazırda hadisənin baş verdiyi ərazidə sıxlıq müşahidə olunur.