Amerikalı müğənni Cennifer Lopez avqust ayının 6-da Antalyada konsert verəcəyini bildirib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, möhtəşəm çıxışla fanatlarının qarşısına çıxmağa hazırlaşan məşhur müğənninin konserti üçün satışa çıxarılan biletlərin qiyməti isə insanları təəccübləndirib. Konserti ayaq üstə izləmək üçün 4 min tl (təxm: 1200 manat), lojada izləmək üçün isə 20 min avroluq (təxm: 38 min manat) bilet almaq lazımdır.

Cennifer Lopezin nişanlısı və övladları ilə birlikdə Antalyada otellərin birində 4 gün qalacağı dəqiqləşib. O özünə çox yaxşı xidmət edən türk rəhbərlərə məsələni şişirtməmələrini bildirib. Bildirilir ki, CLo 5 yataq otağı, özəl hovuzu və vertolyot yeri olan güllə keçirməyən 3 mərtəbəli villada qalacaq. Lakin balayı etmək istəyən məşhur müğənni oteldən vertolyotla yox maşınla ayrılmaq istədiyini deyib.