Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

Unikal.org xəbər verir ki, Çempionlar Liqasında “Qarabağ”ın İrlandiyanın “Dandalk” klubu ilə heç-heçə etməsi (1:1), Azərbaycana 0,125 xal qazandırıb. Azərbaycan son 5 mövsümdəki xallarını 16,375-ə çatdırıb və 26-cı sıradakı mövqeyini qoruyub.