Türkiyədə tətildən qayıdan ailə qəzaya düşüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Coşqun ailəsi Muğladaki tətildən sonra Mərsin şəhərindəki evlərinə qayıtmaq üçün yola çıxıb. Fəza Güvən Çoşqunun idarə etdiyi avtomobil tırla arxadan toqquşub. Avtomobil qarğıdalı tarlasına uçub.

Məlumata görə, avtomobildə 34 yaşlı sürücü ilə birlikdə həyat yoldaşı Tuba, 6 yaşlı oğlu Rüzgar və 1 yaşlı qızı Yağmur da olub. Hadisə yerinə polis və təcili tibbi yardım gəlib. Həkimlərin səyinə baxmayaraq Tuba Coşqunun həyatını qurtarmaq mümkün olmayıb. Fəza Güvən Coşqun və övladları isə təcili tibbi yardımla xəstəxanaya aparılıb. Rüzgar Coşqunun həyatının təhlükə altında olduğu bildirilib. Tır sürücüsü isə qəzadan xəsarət almadan qurtulub.