İranın “Şəbahəng” quru-yük gəmisinin Xəzər dənizində batmasının səbəbi məlum olub.

Unikal.org xəbər verir ki, Azərbaycan sərhəd gözətçi gəmisinin komandiri, üçüncü dərəcəli kapitan Nəhmət Quliyev bildirib ki, gəminin batmasına ağır yük və fırtınalı hava şəraiti səbəb olub. 

Qeyd edək ki, bu gün Xəzər dənizinin Azərbaycan sahilində batan İrana məxsus gəminin Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən xilas edilmiş heyət üzvləri axşam saatlarında Bakıya gətirilib.