İyulun 27-də gecə saatlarında Filippində ardıcıl iki zəlzələ baş verib.

Unikal.org TASS agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində azı 5 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Birinci zəlzələ Filippinin şimalındakı Batanes əyaləti ərazisində baş verib və gücü 5,4 bal olub. Zəlzələnin episentri təxminən 9 kilometr dərinlikdə yerləşib.

Təxminən üç saat sonra eyni ərazidə 5,9 bal gücündə ikinci zəlzələ baş verib. Bu dəfə zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.

Yeraltı təkanlardan sonra sunami təhlükəsi elan edilməyib.