Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyev öz oğlundan imtina edib.

Unikal.org xəbər verir ki, bu barədə o, şəxsi “Facebook” səhifəsində yazıb.

Məlumata görə, bu addımı atmağa Quliyevi Amerika Birləşmiş Ştatlarına köçmüş oğlu Mone Quliyevin müxalif “Azadlıq” qəzetinə verdiyi qalmaqallı müsahibəsi vadar edib.

Quliyev bildirib ki, ailəsi Monedən imtina edir və onun siyasi fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.