Binəqədi rayonunda iki nəfərin döyülmə faktı qeydə alınıb.

Unikal.org xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dərnəgül qəsəbəsində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Elgiz Zeynalov və bacısı 2013-cü il təvəllüdlü Damla Zeynalova küçədə gedərkən orta yaşlı Elgün adlı şəxs tərəfindən döyülüblər.

O, əvvəlcə E.Zeynalovu döyüb. Bununla kifayətlənməyən şəxs 5 yaşlı D.Zeynalovanı da döyərək, ona bədən xəsarətləri yetirib.

Hələlik soyadı müəyyən edilməyən Elgün adlı şəxs Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarışdadır. 

Hadisənin nə səbəbdən baş verdiyi dəqiq bilinmir.