Daxili İşlər Nazirliyi (DİN) Beyləqan rayonunda baş verən bıçaqlanma hadisəsi bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, hadisə iyulun 26-da Beyləqan şəhəri Magistral küçəsində 1-ci Şahsevən kənd sakini R.Həsənov münaqişə zəminində bıçaqla həmkəndlisi E.Əliyarovun sifət və bədən nahiyələrinə çoxsaylı xəsarətlər yetirib. 

E.Əliyarov xəstəxanaya yerləşdirilib.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Həsənov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.