Bakıda təmir işləri aparılan binanın beşinci mərtəbəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Unikal.org-a verilən məlumata görə, hadisə Səbail rayonundakı beşmərtəbəli binanın beşinci mərtəbəsində qeydə alınıb.

Belə ki, təmir işləri aparılarkən 0.5 m² sahədə yanğın baş verib. 

Bina yanğından mühafizə olunub. 

Yanğın söndürülüb.