Cəlilabadda ehtiyatsızlıq can alıb.

Unikal.org xəbər verir ki, bədbəxt hadisə rayonun "İran bazarı" kimi tanınan ticarət mərkəzində baş verib. Belə ki, bazardakı dükanların dam örtüyünü dəyişən ustaya kömək edən rayon sakini, 1994-cü il təvəllüdlü Mürtəza Həsənoğlu yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə o, yerindəcə keçinib.

Gəncin meyiti daxili və xarici müayinə olunduqdan sonra adiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.