Türkiyədə təhsil alan azərbaycanlı tələbələr icarəyə götürdükləri avtomobillə qəza törədiblər. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb.

21 yaşlı Fərid Ağazadənin idarə etdiyi avtomobil yol kənarındakına daşa çırpılaraq yaxınlıqdakı  tarlaya yuvarlanıb.

Tanınmaz hala gələn avtomobildə olan sürücü Fərid Ağazadə və 3 dostu ağır xəsarət alıblar. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub.