Gürcüstanın Tuşeti dağlıq rayonunda “Kamaz” markalı yük maşınının dərəyə aşması nəticəsində 5 nəfər ölüb.

Unikal.org xəbər verir ki, onlardan ikisi yeniyetmədir.

Xəsarət alan üç nəfər helikopterlə Telavi xəstəxanasına çatdırılıb.

Yayılan digər məlumatlara əsasən, qəzada 7 nəfər ölüb.

Nəqliyyat vasitəsində 13 nəfər olub, onlardan 5-i qəza zamanı maşından çıxa bilib.

Gürcüstan Daxili İşlər Nazirliyindən qəzaya uğrayan avtomobilin sərnişin mikroavtobusu olduğu bildirilib.