Türkiyədə idmançı xanımını məhkəməyə verib.

Unikal.org haberler-ə istinadla bildirir ki, fitness məşqçisi kimi fəaliyyət göstərən Cengiz D. ona xəyanət edən xanımını məhkəməyə verərək ondan 25 min lirə təzminat alıb.

7 ildir ailəli olan ikili məhkəmənin qərarı ilə boşanıb. Qadının Cengizin dostu ilə yazışmaları məhkəmədə dəlil kimi göstərilib. Məhkəmə Cengizi haqlı tərəf hesab edərək, xanımından ona 25 min lirə təzminat ödənilməsi tələb olunub.

Qeyd edək ki, xəyanət qadının telefonla yuxuya getməsi zamanı aşkarlanıb. Belə ki, yataq otağında telefonla yuxuya gedən xanımının telefonundakı mesajları oxuyan Cengiz D. ona xəyanət olunduğunu öyrənib.

Gülşen adlı qadın ərinə ailəvi dostları ilə xəyanət edib.