ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda atışma olub.

Unikal.org TASS-a istinadən xəbər verir ki, silahlı insident Bruklin küçələrindən birində keçirilən şənlik zamanı baş verib. 

Hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Atışmanın təfərrüatları barədə məlumat verilməyib, faktla bağlı araşdırma aparılır.