Ötən mövsümün sonunda “Bavariya”dan ayrılan Frank Riberi “Monako”nun təklifini qəbul etməyib.

Unikal.org  ”L'Equipe”ə istinadən xəbər verir ki, Fransa millisinin sabiq üzvü yalnız bir klubda  - “Marsel”də oynamaq istədiyini bildirib. O, 2005-2007-ci illərdə "Marsel"də oynayıb.

Qeyd edək ki, hazırda azad agent statusuna malik olan 36 yaşlı yarımmüdafiəçi ilə “Qalatasaray” və "Liverpul"un da maraqlandığı bildirilir.