Türkiyənin İstanbul şəhərinin Fateh rayonunda hoteldə cinayət baş verib.

Unikal.org xəbər verir ki, Əfqanıstan əsilli Türkiyə vətəndaşı Əbdülsamih Endicandan bir müddət xəbər ala bilməyən işçilər onun otağına baş çəkiblər.

Hotel sahibi otağında əlləri və ayağı bağlı şəkildə ölü tapılıb.

Hadisə yerinə çağırılan polis araşdırmalara başlayıb. 62 yaşlı biznesmenin boğularaq öldürüldüyü versiyası üzərində dayanıb.

Cinayətkarın ələ keçirilməsi istiqamətində tədbirlər görülür.(olke.az)