Türkiyə Silahlı Qüvvələri terroçulara ağır zərbələr endirib.

Unikal.org xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu gün Şırnak Cudi və Ağrı Tendürək dağlarında keçirilən əməliyyatlar nəticəsində 8 terrorçu zərərsizləşdirilib. 

Məhv edilən terrorçulardan biri Türkiyə DİN-in axtarış siyahısında olan Uğur Arslandır. Onun tapılması üçün 600 min lirə mükafat ayrılmışdı.