ABŞ-ın Kaliforniya ştatında keçirilən “Gilroy Garlic” ərzaq festivalında güllələnmə hadisəsi baş verib. 

Unikal.org-un məlumatına görə, silahlı insident nəticəsində 3 nəfər ölüb, daha 12 nəfər ciddi yaralanıb. Şahidlərdən birinin sözlərinə görə, atəşi görünüşcə 20 yaşı olan gənc oğlan açıb.

Təcavüzkarın 30 yaşlarda kişi olduğu qeyd edilir.

ABŞ prezidenti Donald Tramp, sosial media paylaşımında Kaliforniya xalqını "ehtiyatlı və təhlükəsiz olmağa" çağırıb.