26 Avqust 2019
25 Avqust 2019
“Transferimin səbəbi “Tottenhem”də baş verənlər idi”
“Transferimin  səbəbi “Tottenhem”də baş verənlər idi” İDMAN 10:09 2019-07-29

İngiltərənin “Tottenhem” klubundan “Atletiko”ya transfer olunan Kiran Trippyer açıqlama verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı futbolçu, Madrid klubuna transferi haqqında danışıb:

“Düşündüm ki, dəyişmək və irəliləyiş vaxtıdır. Bu, o demək deyil ki, mənim klubumu dəyişməyə ehtiyacım vardı. Transferimin əsas səbəbi “Tottenhem”də baş verənlər idi. Detallar haqqında çox danışmaq istəmirəm, amma bunlara görə “Tottenhem”dən ayrılmaq qərarına gəldim”.