27.07.2019-cu il tarixdə, saat 18:25-də Şəki MRX-dən rayon prokurorluğuna Şəki rayonunun Bideyiz kəndində qeydiyyatda olan və yaşayan 07.08.1935-ci il təvəllüdlü, 1-ci qrup gözdən əlil Həmidov Əlosət Şirəli oğlunun yaşadığı evdə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi barədə telefon məlumatı daxil olub.

Unikal.org xəbər verir ki, məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilmiş, meyit xarici və daxili müayinə olunmuş, digər zəruri hərəkətlər yerinə yetirilmişdir. Meyit xarici və daxili müayinə edilərkən üzərində zorakılıq əlamətləri və ya hər hansı xəsarət aşkar edilməyib.

Aparılmış ilkin araşdırma zamanı müəyyən edilib ki, 27.07.2019-cu il tarixdə, saat 11 radələrində Həmidov Əlosət Şirəli oğlu yaşadığı Şəki rayonunun Bideyiz kəndində yerləşən evin 2 metr 10 sm hündürlüyündə olan pilləkənindən yerə yıxılması nəticəsində xəsarət alaraq Şəki MRX-nin Reanimasiya şöbəsinə yerləşdirilmiş, saat 18:20-də qabırqaların çoxsaylı sınıqlarından baş vermiş travmatik şokdan xəstəxanada ölüb.