17 Noyabr 2019
16 Noyabr 2019
Ronaldinyonun mülkləri əlindən alındı - Borclarına görə
Ronaldinyonun  mülkləri əlindən alındı- Borclarına görə İDMAN 11:31 2019-07-30

Karyerası ərzində 2 dəfə dünyanın ən yaxşı futbolçusu seçilən Ronaldinyo borcları səbəbindən sıxıntılı günlər keçirir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 2.5 milyon dollarlıq (təxm: 4.25 milyon manat) cəza səbəbi ilə 57 əmlakı müsadirə edilib.

2.06 milyon dollar borcu olan əfsanəvi futbolçuya 793 min dollar da vergi cəzası gəlib. Ronaldinyonun vəkili futbolçunun borclar haqqında razılaşma əldə etdiyini bildirsə də, borcların sistemdə aktiv olduğu ortaya çıxıb.