Hind okeanında Andaman adalarından biri olan Şimali Sentinel adasında yaşayan Sentinelese qəbiləsi hələ də ibtidai icma dövründəki kimi - dünyadan tam təcrid olunmuş şəkildə yaşayır.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Andaman və onun yaxınlığındakı Nikobar adaları Hindistan torpağı hesab edilir. 

Buna görə də həmin adalarda yerli əhali ilə birlikdə hindlilər də yaşayır. Adanın yerli sakinləri dünya ilə əlaqə qurmaqdan imtina ediblər. Kənardan gələn, əlaqə qurmaq istəyənlərə isə oxlarla hücum edirlər. Avropalıların Andaman adalarına etdiyi ziyarətlər və Şimali Sentinel adasında həyatda qalmağa çalışanlardan başqa demək olar ki, bu torpaqlara heç kim gəlməyib. 
1880-ci ildə ingilis alim Portmenin başçılığı altında adaya ekspedisiya qrupu 6 yerlini adadan zorla qaçırıb. Onların bəziləri xəstlikdən ölüb, qalanları isə yanlarında hədiyyələrlə adaya geri göndəriblər. 

2004-cü ildə Hind okeanında baş verən sunami haqqında araşdırmalar aparan vertolyota oxlarla hücum ediblər. 2006-ci ildə isə 2 balıqçını adaya çox yaxınlaşdıqları üçün öldürüblər. 27 yaşlı ABŞ vətəndaşı turist ilk öncə Andaman və Nikobar adalarına səyahət edib. Daha sonra isə balıqçı ilə vəhşi adaya səyahət etmək istəyib. Sahilə yaxınlaşarkən balıqçını ötüb keçən turisti yerli əhali öldürüb. Balıqçı isə qorxaraq qaçıb. 

Müasir dövrdə ada girişə bağlı ərazi olaraq saxlanılır. Adada heç bir elmi araşdırılma aparılmır.