Pakistandakı sel fəlakətiylə bağlı diqqət çəkmək üçün müxbir fərqli yola əl atıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, su altında xəbər aparan muxbir sosial şəbəkədə qısa müddət ərzində məşhurlaşıb. "GTV News"un müxbiri Azadar Hussainin bu videosuna minlərlə bəyənmə və rəy gəlib.  

O su altında xəbər apararkən ekranda sadəcə başı və mikrofon görülüb.

Qeyd edək ki, Pakistanda son 1 ayda sel fəlakəti səbəbindən 71 nəfər dünyasını dəyişib.