Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində 2 qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən Cəmilə Gülməmmədovanın cinayət işi məhkəməsi başlayıb.

Unikal.org xəbər verir ki, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 8-nə təyin edilib.

Qeyd edək ki, C.Gülməmmədova Gəncədə 2 qadını gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etməkdə ittiham olunur.

Məlumata görə, həmin qadınlar hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edərək, C.Gülməmmədova adlı şəxsin onları fahişəliyə cəlb etdiyini deyiblər.

Daha sonra C.Gülməmmədova saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.