Quba RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mağazalardan silsilə oğurluqlar etdiklərinə görə tutulan dəstə üzvlərinin digər cinayət əməllərinin də üstü açılıb.    

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, dəstə üzvləri olan Lerik rayonu sakinləri, 29 yaşlı Amil Vəliyevin, 33 yaşlı Sadət Azadovun, 31 yaşlı Təhməz və 38 yaşlı Əkbər Dadaşovların ətraflarında aparılan istintaq tədbirləri nəticəsində onların daha yeddi rayonda analoji cinayətlər törətdikləri məlum olub.     Adıçəkilən şəxslər cari ilin iyul ayının müxtəlif vaxtlarında Ağsu, İsmayıllı, Hacıqabul, Qaradağ, Qobustan, Sabirabad və Şamaxı rayonlarında yerləşən fərdi yaşayış evlərinə, aptek və mağazala qanunsuz daxil olaraq, oradan nağd pul, müxtəlif növ içkilər, tütün məmulatları və telefon aksesuarları, eləcə də Qaradağ rayonunda yerləşən mağazaların birində olan iki ədəd ödəmə terminalı və seyfdən 12000 manata yaxın pulu oğurlamaqla, ümumilikdə zərərçəkmişlərə küllü miqdarda maddi ziyan vurublar.     Həmin şəxslərin ətrafında istintaq hərəkətləri davam etdirilir.