PSJ hücumçusu Neymara qarşı zorlama ittihamı ilə başladılmış məhkəmə yekunlaşıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə futbolçuya qarşı təcavuz iddiasının  sübutu üçün fakt yetməzliyini əsas gətirərək işə xitam verib.

Qeyd edək ki, braziliyalı model Najila Trindadi oyunçunun mayda Parisdə otellərin birində ona təcavüz etdiyini iddia etmiş, Neymar isə iddianı rədd etmişdi. PSJ ulduzu modelin məqsədinin ondan pul qoparmaq olduğunu bildirmişdi.