13 Noyabr 2019
“Qarabağ”ın potensial rəqibləri məlum oldu
“Qarabağ”ın potensial rəqibləri məlum oldu İDMAN 23:51 2019-07-30

"Qarabağ" klubunun Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Unikal.org xəbər verir ki, Azərbaycan çempionu İrlandiyanın “Dundalk” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti mərhələdə Kiprin APOEL komandası ilə üz-üzə gələcək. 

"Qarabağ" Bakıda "Dandolk" səddini keçə bilməsə, Avropa Liqasında mübarizəni davam etdirəcək və "Slovan"la qarşılaşacaq. 

Qeyd edək ki, “Qarabağ” və “Dandolk” arasında cavab görüşü iyulun 31-də “Dalğa Arena”da keçiriləcək. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.