Əfqanıstanda daha bir partlayış baş verib.

Unikal.org-un məlumatına görə, bu dəfə partlayış Fərəh vilayətinin Qəndahar-Herat avtomagistralında olub.

Məlumata görə, partlayış nəticəsində 34 nəfər ölüb, daha 17 nəfər yaralanıb.

Ölən və yaralananlar arasında qadın və uşaqların da olduğu qeyd edilir.