Avstraliyada Lari Klarke adlı qadın evinə girərkən gördüyü mənzərə qarşısında şoka düşüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, otağın tavanındakı nəhəng hörümçəklə bacara bilməyəcəyini anlayan qadın sosial şəbəkədə insanlardan kömək istəyib.

O hörümçəyin şəklini paylaşaraq onu evdən necə çıxara biləcəyini soruşub. Ona gələn cavablar arasında hörümçəyi və evi yandırmaq da olub. Əksər insanlar isə hörümçəyin evdən hələlik çıxarılmasının mümkün olmadığını deyiblər.