Xəbər verdiyimiz kimi, “Fənərbaxça” "Audi Cup" turnirində “Bavariya”ya 6:1 hesabı ilə məğlub olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, komandanın təcrübəli futbolçusu Həsən Əli Kaldırım zədələnib.

“Bavariya” ilə matçda əsas heyyətdə meydana çıxan 29 yaşlı futbolçu 24-cü dəqiqədə zədələnərək meydanı tərk edib. Onu Nabil Dirar əvəz edib. Həkimlərin köməyi ilə soyunma otağına gedən Həsən Əli fasilə zamanı dəyənəklərlə görüntülənib. Onun yaşıl meydanlardan nə qədər uzaq qalacağı bugün keçiriləcək yoxlamalardan sonra bəlli olacaq.

Onun bu görütüsü "fənər" azarkeşlərini üzüb və sosial şəbəkədə ona keçmiş olsun diləklərini çatdırıblar.