Bakıda arvadını öldürməkdə təqsirləndirilən Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Unikal.org xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid Ənvər Quluyevin məhkəməyə gəlmədiyi bildirilib.
Məhkəmə şahidin barəsində məcburi gətirmə qərarı çıxarıb.

Proses avqustun 29-dək təxirə salınıb.

İttihama görə, bu ilin fevral ayında paytaxtın Binəqədi rayonunda 1970-ci il təvəllüdlü T.Qurbanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Lalə Həsən qızı Qurbanovanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib və qətli qısqanclıq zəminində törədib. 

T.Qurbanovun ifadəsinə görə, həyat yoldaşının başqa şəxslərlə münasibətinin olduğundan şübhələnib və əsəblərinə hakim ola bilməyərək onu öldürmək qərarına gəlib. O, evdə arvadına çoxsaylı bıçaq zərbələri endirib və onun öldüyünə əmin olmaq üçün boğazını kəsib.

Onların birgə nikahdan 3 övladı var.

T.Qurbanovun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.