Çində mənzilin balkonuna çıxan uşaq 6-cı mərtəbədən yıxılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 3 yaşlı uşaq bina sakinləri tərəfindən çarşabla qurtarılıb.  Uşağın balkondan yerə düşməsi anı təhlükəsizlik kamerası ilə lentə alınıb. 

Görüntülərdən də görüldüyü kimi balkondan sallanan uşağın gücü tükənib və özünü saxlaya bilməyib. Bu zaman qonşular aşağıda çarşab açaraq uşağı yerə yıxılmaqdan xilas ediblər.