“Əgər Səudiyyə Ərəbistanı hazırdırsa, İran həmişə qonşusu ilə dialoqa hazırdır”. 

Unikal.org xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib. 

“Biz heç bir zaman qonşularımız üçün dialoq qapısını bağlamamışıq və heç vaxt da qonşularımıza dialoq qapısını bağlamayacağıq”, - Zərif vurğulayıb. 

Qeyd edək ki, son vaxtlar Yaxın Şərqdə mövqe mübarizəsində əzəli rəqiblər olan Səudiyyə Ərəbistanı və İran arasında gərginlik artıb. Səudiyyə Ərəbistanı İranı 6 neft tankerinə hücumda ittiham edib. İran isə bu iddiaları yalanlayıb.