ABŞ kəşfiyyatı "Əl-Qaidə" terror təşkilatının keçmiş rəhbəri Üsamə bin Ladenin oğlu Həmzənin öldüyü barədə məlumat əldə edib.

Unikal.org xəbər verir ki, bu barədə üç hökumət nümayəndəsinə istinadən NBC telekanalı məlumat yayıb.

Bununla belə onlar Həmzə bin Ladenin harada və hansı şəraitdə öldüyü barədə məlumat verməkdən imtina ediblər.

Mart ayında ABŞ Həmzənin yerini müəyyən etməyə imkan verən istənilən məlumata görə 1 milyon dollar dəyərində mükafat vəd etmişdi.

Üsamə bin Laden Amerika xüsusi təyinatlılarının 2011-ci ildə Pakistanda apardığı əməliyyat zamanı öldürülüb.