Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində ölüm hadisəsi baş verib.

Unikal.org-un xəbərinə görə, ticarət mərkəzinə alış-veriş üçün gələn Rusiya Federasiyası vətəndaşı, 67 yaşlı Məhəbbət Zahiyalova qəfildən vəfat edib.

Onun ölümünün səbəbləri araşdırılır.