Xəbər verdiyimiz kimi, “Qalatasaray” Əmrə Mor ilə danışıqlara başlayıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Əmrə Mor bu dəfə qadınlara qarşı xüsusi diqqət göstərməsinə görə gündəm olub.

Futbolçu sosial şəbəkədə paylaşdığı fotosunu bəyənən model Ancelika Parlaya 120 min TL (36 min manat) dəyərində avtomobil hədiyyə edib. Bundan sonra modellə futbolçunun sevgili olması iddiaları ortaya atılıb. 

Qeyd edək ki, 21 yaşlı türk futbolçu intizamsızlığına görə ötən mövsüm “Selta Viqo” komandasında heyyətdən kənarda qalıb.