İngiltərənin “Birmingem” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Çempionşip təmsilçisi “Real”dan Moha Ramosu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı qapıçı 2019/20 mövsümünü icarə əsasında “Birmingem”də keçirəcək.

2014-cü ildən “Real”ın akademiyasında olan Ramos, son mövsümü Madrid təmsilçisinin ikinci komandasında keçirib.